Rusiyanın III Dünya Müharibəsi planı: bu tarixdə başlanacaq
Bizi izləyin

Dünya

Rusiyanın III Dünya Müharibəsi planı: bu tarixdə başlanacaq

Rusiya Silahlı Qüvvələri Baş qərargahında 2025-ci ildə başlayacaq yeni dünya müharibəsinin planı hazırlanıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna mediasına açıqlamasında beynəlxalq təhlükəsizlik məsələləri üzrə ekspert Qriqori Perepelitsa deyib.

Ekspertin sözlərinə görə, Rusiya Baş qərargahında NATO-ya qarşı müharibə planı çoxdan mövcuddur. O, xatırladıb ki, hərbi doktrina da daxil olmaqla Rusiya hərbi sənədlərində NATO bir nömrəli düşmən kimi baxılır və Rusiyanın milli təhlükəsizliyi üçün ən böyük təhlükə hesab olunur.

Perepelitsa iddia edir ki, Rusiyanın NATO-ya qarşı 2025-ci ildə başlayacağı müharibə 2030-cu ilə qədər davam etməlidir: “2020-ci ilə qədər silahlı qüvvələrin tam müasirləşdirilməsi həyata keçirilməlidir. Rusiya faktiki olaraq 2010-cu ildə buna başlayıb. Biz hazırda proqramın bir hissəsinin Donbassda həyata keçirildiyini görürük”.

Ekspert yeni dünya müharibəsində kimin qalib gələcəyi barədə suala cavabında bildirib ki, bu müharibədə qalibin olmayacağından qorxur: “Çünki bu müharibə nüvə müharibəsi ola bilər”.

O, eyni zamanda qeyd edib ki, NATO-da “soyuq müharibə” vaxtlarından Rusiyaya hücum planı olmayıb. “Onlar bu planı indi hazırlayırlar. Rusiyanın müdaxilə təhlükəsinin olduğu NATO üzvlərinin müdafiəsi gücləndirilir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm