PKK Türkiyəyə qarşı müharibəni bu ölkədən idarə edir - İDDİA
Bizi izləyin

Dünya

PKK Türkiyəyə qarşı müharibəni bu ölkədən idarə edir - İDDİA

Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda təşkil etdiyi hava əməliyyatlarında ağır zərbə alan PKK-nın lider heyəti və xeyli sayda təşkilat üzvü İrandakı Şehidan düşərgəsinə qaçıb.

Publika.az “Star” nəşrinə istinadən xəbər verir ki, İran-İraq sərhədindəki düşərgə Türkiyənin Hakkari vilayətinin Yüksekova mahalının şərqində yerləşən təpənin arxasındadır.

PKK-in İran qanadı olan PJAK bu düşərgədən illərlə baza kimi istifadə edib. PJAK ötən il adını KODAR-la əvəz edəndən sonra tamamilə PKK-nın nəzarətinə keçib. PKK-nın Kandildəki lideri Cəmil Bayıkın da aralarında olduğu 200 nəfərlik lider heyəti “etibarlı bölgə” hesab etdiyi Şehidan düşərgəsində yerləşib və təşkilatı buradan idarə edir.

Şehiden düşərgəsinin İran torpaqlarında yerləşməsinin PKK-ya verdiyi üstünlük Türkiyə Silahlı Qüvvələrinin bura müdaxilə edə bilməməsidir.

Təşkilatın 8-i Kandildə olmaqla Şimali İraqda 18, İranda isə 5 düşərgəsi var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm