NATO-dan Türkiyəyə XƏBƏRDARLIQ: “Suriyadan hücum gözlənilir”
Bizi izləyin

Dünya

NATO-dan Türkiyəyə XƏBƏRDARLIQ: “Suriyadan hücum gözlənilir”

NATO ABŞ və Almaniyanın Türkiyədəki “Patriot” raketdən müdafiə sistemlərinin geri çəkməsi barədə qərar qəbul etməsi ilə bağlı açıqlama yayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, açıqlamada NATO-nun ABŞ və Almaniyanın Türkiyədəki “Patriot” raketdən müdafiə sistemlərinin geri çəkməsi barədə qərar qəbul etməsinə hörmətlə yanaşdığı qeyd olunur.

Həmçinin bəyanatda o da deyilir ki, hazırda Suriyadan Türkiyəyə qarşı hava hücum təhlükəsi qalmaqda davam edir: “Hazırda Türkiyə hava məkanına Suriyadan hərbi hücum riski var. İndiyədək Almaniya və ABŞ Türkiyədə “Patriot” raketdən müdafiə sistemlərinin modernləşdirilməsi işinə yaxından dəstək verib. Bundan əlavə, hazırda Türkiyə ilə NATO arasında güclü müttəfiqlik əlaqələri davam edir. Ona görə də hazırda NATO özünün cənub şərqinin və üzvü olan dövlətin hərbi hava hücumlarından müdafiə olunması üçün əlindən gələni əsirgəmir”.

Bəyanatda həmçinin deyilir ki, 2014-cü ildə Suriya rejimi tərəfindən Türkiyəyə yüzlərlə ballistik mərmi atılıb: “Bunların böyük əksəriyyətinin qarşısı alınıb və həmin raket mərmiləri Suriyanın daxili sərhədlərinə düşüb. Ancaq çox təəssüf ki, bəzi mərmilər Türkiyə də daxil olmaqla qonşu ölkələrə də düşüb. İndiki məqamda Suriya raketlərinin Türkiyə üçün hər nə qədər aşağı riskli təhdid yaratdığı düşünülsə də, Bəşər Əsəd qüvvələrinin Suriyada müxalif güclərə atdığı mərmilərin Türkiyəyə düşmə ehtimalı böyükdür. NATO bütün bunları nəzərə alaraq, öz müttəfiqi olan Türkiyənin hava məkanını qorumaqda davam edəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm