Rus qoşunları bir neçə saata Kiyevə çata bilər
Bizi izləyin

Dünya

Rus qoşunları bir neçə saata Kiyevə çata bilər

Rusiya qoşunu bir neçə saata Kiyevə çata bilər

Ukrayna genişmmiqyaslı xarici hərbi müdaxilə təhlükəsi qarşısındadır. Ukrayna sərhədlərində Rusiya Silahlı Qüvvələrinin 80 mindən çox şəxsi heyəti toplanıb.

Publika.Az –ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri keçirdiyi mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubi deyib.

A.Parubinin sözlərinə görə, Rusiya Ukrayna ilə sərhədlərdə 270 tank, 180 zirehli maşın, 18 reaktiv atəş sistemi, 140-a qədər döyüş təyyarəsi, 90-a qədər zərbə vertolyotu və 20-yə qədər hərbi gəmi toplayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi bildirib ki, Şimali Polesye istiqamətində yerləşdirilən 8 min nəfərlik hərbi qruplaşma faktiki olaraq bir neçə saat ərzində Ukraynanın paytaxtı Kiyevə yaxınlaşa bilər.

O, Rusiyanıln digər hərbi qruplaşmalarının Cənubi Donetsk, Zaporojye istiqamətində, həmçinin Krasnodar vilayəti və “Dnestryanı Respublika”nın ərazisində olduğunu bildirib.

A.Parubi Ukrayna Silahlı Qüvvələrinin tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini və bütün istiqamətlərdə xarici hərbi müdaxiləyə cavab verməyə hazır olduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm