• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İŞİD-in “Mein Kampf”ı tapıldı: altı mərhələli hücum planı, üçillik “açıq müharibə” və qlobal toqquşmalar

  • Dünya
  • 18 Avqust 2015 15:37
  • 1 495 Baxış
İŞİD-in “Mein Kampf”ı tapıldı: altı mərhələli hücum planı, üçillik “açıq müharibə” və qlobal toqquşmalar

ABŞ xüsusi xidmət orqanı əməkdaşları Pakistanda “İslam dövləti” (İŞİD) terror qruplaşmasının məxfi sənədini tapıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənəddə “İslam dövləti”nin qısa tarixi və gələcək planları barədə məlumatlar yer alıb.

Sənəddə həmçinin Əfqanıstan və Pakistanda yeni terror ordusunun yaradılması, Hindistan və ABŞ-la müharibənin başlanması, İŞİD-in ən yaxın dövrdəki planları və ideologiyasının əsas bəndləri göstərilib. Urdu dilində yazılan və 32 vərəqdən ibarət mətn əhəmiyyətinə görə nasist lider Adolf Hitlerin “Mein Kampf” (“Mənim mübarizəm”) kitabı ilə müqayisə edilir.

“Sənəd faktiki olaraq xilafətin “Mein Kampf”ıdır. Hələlik bütün dünya İŞİD-in videoçarxlarına baxır. Amma biz görürük ki, onların Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiya ilə bağlı xüsusi strategiyası var. Bu, bir sehrbazın fəndi kimidir: bir əlinə baxırsınız, bu zaman ikinci əl nəsə edir”, - sənədlə tanış olan Amerika xüsusi xidmət orqanı nümayəndələrindən biri bildirib.

Məlumata görə, bir çox rəsmi şəxs unikal simvollara əsaslanaraq sənədin saxta olmadığını təsdiq ediblər. Sənədin mətnində xüsusi dil və təşkilatın əvvəlki bəyanatlarında istifadə olunan xüsusi dini sözlərdən istifadə olunduğu bildirilir.

Amerika xüsusi xidmət orqanlarının istefada olan generalı Maykl Flinn sənədi İŞİD-in detallı sənədi adlandırıb: “Sənəddə onların niyyət, hədəf və planları yer alıb. Bu qırmızı bayraqdır və biz ona xüsusi diqqətlə yanaşmalıyıq”.

Dünyanın ələ keçirilməsi üzrə altı mərhələli hücum planı və “dünyanın axırı” sənəddə təfərrüatı ilə təsvir edilib. Terrorçuların fikrinə əsasən, hazırda “Xilafət”in elanından sonra başlayan beşinci mərhələ davam edir. İŞİD proqnozlarına görə, 2017-ci ildən 2020-ci ilə qədər “açıq müharibə” mərhələsi başlayacaq. Terror qruplaşması bütün dünyada “xilafət”ə inananlarla inanmayanların qlobal toqquşmalarının baş verəcəyini qabaqcadan xəbər verirlər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR