Bir ailə çayda batdı
Bizi izləyin

Dünya

Bir ailə çayda batdı

Rusiyanın Xantı-Mansi muxtar vilayətində bir həftə bundan qabaq yoxa çıxmış qayıq tapılıb. Tapılan qayığın yaxınlığında 6 nəfərin meyiti aşkar edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 6 sərnişindən ibarət olan qayıq avqustun 7-dən 8-ə keçən gecə Ob çayında itkin düşüb. Təxminən, axşam saat 6 radələrində gənc ailə və onların tanışları qayıqla gəzintiyə çıxıb. Qeyd etmək lazımdır ki, ailənin 10 yaşlı və 2 yaşlı əkiz uşaqları da qayıqda olub. Sərnişinlərdən heç birinin xilasedici jileti olmayıb.

Fövqəladə hallar nazirliyindən verilən məlumata görə, qayıq kolların arasında çevrilmiş vəziyyətdə tapılıb. Sərnişinlərin meyitini isə dalğıclar sudan çıxarıb.

F. İstintaq davam edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm