Davudoğlunun iqamətgahına hücumun görüntüləri yayıldı – VİDEO
Bizi izləyin

Dünya

Davudoğlunun iqamətgahına hücumun görüntüləri yayıldı – VİDEO

İstanbuldakı “Dolmabahçe” sarayının girişində baş vermiş atışmanın görüntüləri yayılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüntülər sarayın qarşısındakı təhlükəsizlik kameraları ilə qeydə alınıb.

Məlumata görə, sarayın qarşısına gələn və “İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi” (DHKP-C) terror təşkilatının üzvü olduqları müəyyənləşdirilən 2 nəfər qumbara atdıqdan sonra polisə silahla atəş açıb. Polislərin cavab atəşi açmasından sonra silahlı şəxslər hadisə yerindən qaçıblar. Atışmada bir polisin yüngül yaralandığı bildirilir.

Təqib olunan terrorçular Almaniyanın İstanbuldakı baş konsulluğunun yaxınlığında saxlanılıb. Onların avqustun 8-də AKP-nin İstanbaldakı qərargahına hücum edən şəxslər olduğu müəyyənləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm