Yeni sevgilisi aktrisanın üzünü güldürdü - FOTOLAR
Bizi izləyin

Dünya

Yeni sevgilisi aktrisanın üzünü güldürdü - FOTOLAR

Qərb KİV-nə inansaq, aktrisa Sandra Bullok Cenifer Enistonla Castin Terinin toyuna yeni sevgilisi ilə gəlib. Deyilənlərə görə, oğlan fotoqrafdır və çox cəlbedicidir.

Publika.az xəbər verir ki, təntənəli mərasimdə aktrisanın gözlərinin sevincdən parladığı, ilk baxışdan Sandranın xoşbəxt olduğu, onlar bir-birləri ilə münasibətdə çox mülayim davrandıqları bildirilir”.

Xatırladaq ki, Bullok 2005-cu ildə motosiklet istehsalçısı və teleaparıcı Cessi Ceymslə ailə qurub. Beş ildən sonra cütlük oğlan uşağı övladlığa götürüblər. Həmin ildə KİV haqqında iş adamının aktrisaya xəyanət etməsi barədə yayılan məlumatlar cütlüyün ayrılmasına səbəb olub.

Hazırda Sandra oğlunun tərbiyəsi ilə özü məşğul olur.

O vaxtdan məşhur aktrisanın öz həmkarları ilə görüşdüyü iddia edilsə də, aktrisa həyatında heç kimin olmadığını deyir, vaxtının çoxunu isə oğlu ilə keçirməyə üstünlük verirdi.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm