Türkiyə 44 il əvvələ qayıdır
Bizi izləyin

Dünya

Türkiyə 44 il əvvələ qayıdır

Cümhuriyyət Xalq Partiyası (CHP) və Miliyyətçi Hərəkat Partiyasının (MHP) müvəqqəti hökumətdə iştirak etməyəcəyini açıqlaması, Xalqların Demokratik Partiyasının (HDP) irəli sürdüyü şərt Türkiyədə 1971-ci ildə qurulan teknokrat hökuməti gündəmə gətirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, HDP hökumətin bütün üzvlərinin baş nazir Əhməd Davudoğlu tərəfindən müəyyən olunmasına qarşı çıxıb.

HDP müvəqqəti hökumətdə təmsil olunacaq nazirlərin təyin olunma səlahiyyətlərinin partiyalara verilməsini təklif edib. Partiya bu şərtin yerinə yetirilməyəcəyi halda, müvəqqəti hökumətdə iştirak etməyəcəyini bildirib.

Belə olan təqdirdə müvəqqəti hökumət yalnız AKP və bitərəflərdən formalaşdırılacaq.

Konstitusiyaya görə, prezident Rəcəb Tayyib Ərdoğan baş nazirə avqustun 24-də (avqustun 23-ü koalisiya hökumətinin qurulması üçün Davudoğluya verilən 45 günlük müddət başa çatır) müvəqqəti hökumətin qurulması səlahiyyətlərini verəcək. Hökumətə daxil ediləcək şəxsləri baş nazir müəyyən edəcək.

Məlumata görə, 26 üzvü olan hökumətdə partiyaların parlamentdəki mandat sayına uyğun olaraq AKP 11, CHP 6, MHP və HDP isə 3 yerlə təmsil olunmalı idi. Müvəqqəti hökumətdə ədliyyə, daxili işlər və nəqliyyat nazirləri bitərəf şəxslər olmalı idi.

Amma MHP və CHP koalisiya hökumətində təmsil olunmayacağını açıqlayıb. AKP müvəqqəti hökumətdə baş nazir və onun 4 müavini, səhiyyə, təhsil, müdafiə, maliyyə, iqtisadi inkişaf, energetika, xarici işlər, gömrük və ticarət, ailə və sosial siyasət naziri postlarını müxalifətə verməyi düşünmür. Siyasi kulislərdə qida, kənd təsərrüfatı və heyvandarlıq, mədəniyyət və turizm, meşə və su təsərrüfatı işləri naziri postlarının HDP-yə verəcəyi bildirilir.

HDP-nin hökumətə üzv verməyəcəyi halda 11 nazir AKP-ni təmsil edəcək. Qalan 14 nazir isə bitərəflər şəxslər olacaq. Bu halda Türkiyəni təkrar seçkilərə 1971-ci ildə olduğu kimi, bitərəflər aparacaq.

Xatırladaq ki, 26 mart 1971-ci ildə ölkəni seçkilərə aparan Nihat Erimin baş naziri olduğu Türkiyənin 33-cü hökumətində 15 bitərəf nazir var idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm