Kardaşyanı qoruyan şəxsi xəstəxanalıq etdilər - FOTO
Bizi izləyin

Dünya

Kardaşyanı qoruyan şəxsi xəstəxanalıq etdilər - FOTO

İrəvanda “Panter” təhlükəsizlik xidmətinin müdiri Varazdat Xosanyan döyülüb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə avqustun 21-də gecə saatlarında İrəvanın Alek Manukyan küçəsində baş verib.

Varazdat Xosanyana 7 nəfər hücum edib. Onlardan biri isə keçmiş polis rəsinin müavinidir. Təhlükəsizlik xidmətinin müdiri hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Varazdat Xosanyan və rəhbəri olduğu təhlükəsizlik xidmətinin əməkdaşları Ermənistana səfər edən bir sıra məşhur şəxslərin təhlükəsizliyi təmin edir. O, sonuncu dəfə Kim Kardaşyanı qoruyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm