Mexikoda kəllələrdən hörülmüş divar aşkarlandı - FOTOLAR
Bizi izləyin

Dünya

Mexikoda kəllələrdən hörülmüş divar aşkarlandı - FOTOLAR

Arxeoloqlar Mexikonun mərkəzində asteklərin dövründən qalma insan kəllələrindən hörülmüş divar aşkarlayıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərin Qvatemala küçəsində 30 metrlik düzbucaqlı daş plitə qazılaraq 2 metr dərinlikdən çıxarılıb. Həmin platformanın üzəri onlarla insan kəlləsi ilə bəzədilib.

Daş plitə vulkanik mənşəlidir və ona 35-ə yaxın insan kəlləsi bitişdirilib. Lakin alimlər kəllələrin daha çox olduğunu ehtimal edir. Bütün kəllələr gənc oğlanlara məxsusdur.

Mütəxəssislərin fikrincə, tapıntı XV-XVI əsrə aiddir və kəllələr asteklərin əsir düşmüş düşmənlərinə məxsusdur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm