İran “Fateh-313” ballistik raketini təqdim etdi
Bizi izləyin

Dünya

İran “Fateh-313” ballistik raketini təqdim etdi

İran yeni “Fateh-313” ballistik raketinin təqdimatını keçirib.

Publika.az İRNA agentliyinə istinadən xəbər verir ki, təqdimat Milli Müdafiə Sənayesi günü ilə bağlı keçirilən tədbirdə baş tutub.

Təqdimatda prezident Həsən Ruhani də iştirak edib.

Uçuş radiusu 500 kilometr olan “Fateh-313” raketləri tam olaraq yerli mütəxəssislər tərəfindən hazırlanıb və müasir sensorlarla təchiz edilib. “Fateh” tipli raketin yeni növü sayılan “Fateh-313″ raketinin konstruksiyasında onun korpusunun yüngülləşdirilməsindən əlavə, bərk yanacaq üzrə modern elektrik gərginliyi qoruyucularından istifadə edilib.

Məlumata görə, raketlər daha əvvəllər sınaqdan keçirilib və hədəfləri müvəffəqiyyətlə vurub.

“Fateh-313”ün kütləvi istehsalına tezliklə başlanılması gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm