Bədənindəki “şeytanı çıxarmaq” üçün qızı zorladılar
Bizi izləyin

Dünya

Bədənindəki “şeytanı çıxarmaq” üçün qızı zorladılar

Argentinada gənc bir qızın başına ağlasığmaz hadisələr gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, gənc qızın bədəninə şeytanın daxil olduğunu iddia edən bir qrup gənc onu zorlayıb.

Qızın başına gələnlər bununla bitməyib. Bacısı da bu iddiaya inanaraq onun gözlərini çıxarıb. Həbs olunan qız bildirib ki, bacısının bədəninə şeytanın daxil olduğunu keşiş deyib və gözlərinin çıxarılmasını məsləhət görüb.

Xəstəxanada olan qızın ailəsi də inanır ki, şeytan onu ələ keçirib. Daha əvvəl belə bir hadisə ilə qarşılaşmadıqlarını açıqlayan polislər qıza təcavüz edənləri axtarır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm