Müsəlmanlar üçün qorxunc iddia: cadugər ovu başlayacaq
Bizi izləyin

Dünya

Müsəlmanlar üçün qorxunc iddia: cadugər ovu başlayacaq

Fransanın iqtidardakı Sosialist Partiyasının baş katibi Jan-Kristof Kambadelis ölkədəki müsəlmanlarla bağlı qorxunc bir iddia irəli sürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, ultra-sağçı Milli Cəbhənin iqtidara gələcəyi halda 4 milyon müsəlmanın ölkədən çıxarılacağını deyib.

“Əgər Milli Cəbhə hakimiyyətə gələrsə, öz proqramını tətbiq edəcək. Yəni, 4 milyon müsəlman ölkədən çıxarılacaq, müsəlmanlara qarşı cadugər ovu başlayacaq”, - RTL radiosuna danışan Kambadelis söyləyib.

İddiaya cavab verən Milli Cəbhənin lideri Marine Le Pen isə Kambadelisin 4 milyon müsəlmanla islamçı terrorçuları qarışdırdığını bildirib. Amsterdam-Paris qatarındakı silahlı hücumdan sonra danışan Le Pen radikal qruplarla əlaqəsi olan müsəlmanların təcili olaraq ölkədən çıxarılmasını istəmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm