Polşalı jurnalist: “Ukrayna Putin üçün Əfqanıstana çevrilib”
Bizi izləyin

Dünya

Polşalı jurnalist: “Ukrayna Putin üçün Əfqanıstana çevrilib”

“Leonid Brejnevin rəhbərlik etdiyi SSRİ-nin Əfqanıstana müdaxiləsi imperiyanın sonunu gətirdi. Müasir Ukrayna artıq Putin üçün Əfqanıstan olub”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri polşalı ictimai xadim və jurnalist Adam Muxnik Polşa radiosuna açıqlamasında deyib.

“Vəziyyəti müşahidə edərkən optimist ola bilmirəm. Vladimir Putin hesab edir ki, o, Kremlə həmişəlik gəlib. Məsələ ondadır ki, Putin öz-özünü tələyə salıb. Onun iki hədəfi var: Donbas hövzəsində hibrid müharibəni davam etdirmək və sanksiyaların ləğvinə nail olmaq. Putin təcrid vəziyyətindən çıxmaq istəyir. Amma bu hədəflər bir-birinə zidddir”, - polşalı ictimai xadim söyləyib.

O, həmçinin qeyd edib ki, Krımı Ukraynaya qaytarmaq bir günün işi deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm