Gülən məktəbləri rəsmən tarix oldu
Bizi izləyin

Dünya

Gülən məktəbləri rəsmən tarix oldu

Hazırlıq kursları rəsmən tarix oldu

Türkiyə preizdenti Abdullah Gül dünən axşam saatlarında iqtidar ilə camaat arasındakı gərginliyin səbəblərindən biri olan hazırlıq kursları ilə əlaqədar qanunu təsdiqləyib.

Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, prezident demokratikləşmə paketinin bir hissəsini təşkil edən qanunu təsdiqləyərək Baş nazirliyə göndərib.

Qanuna görə, hazırlıq kursları 2015-ci il 1 Sentyabr tarixinə kimi fəaliyyət göstərə biləcək. “Paralel dövlət” iddiaları çərçivəsində Milli Təhsil Nazirliyinin rəhbərliyində dəyişikliklər ediləcək, seçkilərdə isə kürd dilində təbliğata icazə veriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm