PKK-nı qorxuya salan türk komandoları siz də tanıyın – FOTOLAR
Bizi izləyin

Dünya

PKK-nı qorxuya salan türk komandoları siz də tanıyın – FOTOLAR

Xəbər verdiyimiz kimi, döyüş bayrağında iki qızıl medal gəzdirən Türkiyə I Komando Briqadasının hərbçiləri ölkənin PKK terror təşkilatının fəallaşdığı cənubi-şərq vilayətlərinə göndərilir.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Kayseri I Komando Briqadasının komandiri general Aydoğan Aydının rəhbərliyi altındakı komandolar bölgənin təhlükəsizliyini təmin edəcək.

Xatırladaq ki, Kayseri I Komando Briqadası ölkənin cənubi-şərq vilayətlərinə bundan 3 il əvvəl də göndərilmişdi.

Onu da bildirək ki, bu briqada 1974-cü ildə Kiprə paraşütlə enərək Kipr Sülh Hərəkatına başlayıb. Briqadanın Kipr hərəkatında 341 şəhid və 3906 qazisi var. Quru Qüvvələrinin istifadə etdiyi ən müasir silah və sursatlar ilk dəfə bu briqadanın arsenalına verilir.

Türkiyə Silahlı Qüvvələrinin I Komando Briqadası şəxsi heyətinin müxtəlif vaxtlarda çəkilən fotolarını təqdim edirik.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm