• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Əl Cəzirə" telekanalının əməkdaşlarına 3 il iş verildi

  • Dünya
  • 29 Avqust 2015 16:58
  • 215 Baxış
"Əl Cəzirə" telekanalının əməkdaşlarına 3 il iş verildi

Misir məhkəməsi "Əl Cəzirə" telekanalının 3 jurnalistini yalan informasiya yaydıqlarına görə 3 il azadlıqdan məhrum edib.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Jurnalistlərdən ikisi – Məhəmməd Fəhmi və Baer Məhəmməd məhkəmədə iştirak ediblər. Avstraliyalı Piter Qrest isə Avstraliyaya deportasiya olunub.

2014-cü ildə jurnalistlərə ilkin olaraq 10 il cəza veriləcəyi bildirilirdi. Amma sonradan işə baxılaraq qərar dəyişdirilib. Müttəhim kürsüsündə oturan jurnalistlər həmçinin “Müsəlman Qardaşları” ilə əlaqədə ittiham olunurlar.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR