Timoşenko baş nazir postuna iddia edə bilər
Bizi izləyin

Dünya

Timoşenko baş nazir postuna iddia edə bilər

“Batkivşina” fraksiyasının başçısı Yuliya Timoşenko Ukraynanın baş naziri postuna iddia edə bilər.

Publika.az “Apostrof” internet nəşrinə istinadən xəbər verir ki, bu barədə “Pyotr Poroşenkonun Bloku” parlament fraksiyasındakı mənbə Radikal Partiyasının lideri Oleq Lyaşkonun Ali Radada hakim koalisiyadan çıxmasını şərh edərkən deyib.

“Timoşenko yaxşı anlayır ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi mümkün olmayacaq. Timoşenko Lyaşko kimi Poroşenkoya hücüm etməyə hazır deyil. Amma perspektivdə baş nazir olması tamamilə real görünür”, - nəşrin həmsöhbəti söyləyib.

Qeyd edək ki, Yuliya Timoşenko 2005 və 2007-2010-cu illərdə iki dəfə Ukraynanın baş naziri vəzifəsini tutub.

“Avropa seçimi” adlanan hakim koalisiya ötən ilin noyabrında “Pyotr Poroşenkonun Bloku”, “Xalq cəbhəsi”, “Batkivşina”, “Qarşılıqlı yardım” və Radikal partiyalarının iştirakı ilə formalaşdırılıb.

Oleq Lyaşko dünən Radikal Partiyasının koalisiyadan çıxaraq müxalifətə keçdiyini bəyan edib. O bildirib ki, ölkəni ayağa qaldırmaq iqtidarında olmayan bir koalisiyada qalmaq fikrində deyil. Amma bununla belə, koalisiya öz mövcudluğunu dayandırmır. Ukrayna Konstitusiyasına əsasən, Radada bir ay ərzində fraksiyaların koalisiyası formalaşdırılmasa, növbədənkənar parlament seçkiləri keçirilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm