PKK 4 türk polisini şəhid etdi – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

PKK 4 türk polisini şəhid etdi – SON DƏQİQƏ

PKK bu gün səhər saat 6:00-da Mardin vilayətinin Dargeçit qəsəbəsində orta məktəbi atəşə tutub.


Publika.az xəbər verir ki, mühafizəni təşkil etmək üçün zirehli avtomobillə məktəbə gedən polis əməkdaşları terrorçuların hücumuna məruz qalıb. Mina partlaması nəticəsində avtomobildəki polis rəisi İbrahim Xəlil Aksoyla digər polis əməkdaşları Əhməd Akalın, Hüseyn Balta və Akif Hatunoğlu şəhid olub.


Hadisədən sonra bölgədə əməliyyat başlayıb. Şəhid polislər üçün Mardin polis şöbəsində vida mərasimi təşkil olunacaq.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm