Nazarbayev vətəndaşları xarici məhsullardan imtina etməyə çağırdı
Bizi izləyin

Dünya

Nazarbayev vətəndaşları xarici məhsullardan imtina etməyə çağırdı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə vətəndaşlarına xarici məhsullar və mallardan imtina etməyi təklif edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, prezident bu barədə ölkənin aparıcı kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə görüşündə bildirib.

“Məsələn, biz Qərb geyimləri olmadan da yaşaya bilərik. Banan ümumiyyətlə bizim üçün zərərlidir. Biz həmçinin böyük “Land Cruiser”siz də yaşaya bilərik. Bizdə həyat üçün lazım olan hər şey var”, - dövlət başçısı qeyd edib.

Daha əvvəl isə Qazaxstan lideri ölkə vətəndaşlarını milli valyutanın – tengeni dəyərinin aşağı düşməsini anlayışla qarşılamağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm