Qana qan: Şəhidlərin qisası alındı – VİDEO/FOTO
Bizi izləyin

Dünya

Qana qan: Şəhidlərin qisası alındı – VİDEO/FOTO

PKK terrorçuları Türkiyənin Şırnak vilayətində daha bir terror aksiyası həyata keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçular Şırnak-Uludərə avtomagistralinda bombalı avtomobillə polisə hücum ediblər. Nəticədə 2 polis şəhid olub, 5 nəfər yaralanıb.

Yaralı polislər xəstəxanaya yerləşdirilib.

Hadisədən dərhal sonra terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə əməliyyat başlanılıb. Əməliyyata havadan “Kobra” helikopterləri də dəstək verir. Terrorçuların keçdiyi yollar havadan atəşə tutulub. Nəticədə iki PKK-çı məhv edilib. Digərlərinin ələ keçirilməsi və ya məhv edilməsi üçün əməliyyat davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm