Ukraynalılar Saakaşviliyə qarşı
Bizi izləyin

Dünya

Ukraynalılar Saakaşviliyə qarşı

Ukrayna prezidentinin saytında Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefaya göndərilməsi ilə bağlı elektron petisiya yerləşdirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, petisiyanın müəllifi Viktor Stepanenko iddia edib ki, Saakaşvili qubernator işlədiyi 3 ay müddətində heç bir vədinə əməl etməyib.

O hesab edir ki, yerli administrasiya rəhbəri islahatları ancaq sözdə keçirir. Korrupsiyaya qarşı “mübarizə” isə telekanallar üçün müsahibələrlə “aparılır”. Saakaşvilinin sərmayədar cəlb etmək vədi də reallaşmayıb: “Qubernatorun yalnız bir “fəaliyyəti” yaxşı nəticə verib – qalmaqallar və özünü təbliğ etmək”.

Ərizə müəllifi qeyd edib ki, artıq Gürcüstanda Saakaşviliyə “qiymət” verilib. Onun prezident olduğu ölkədə sabiq dövlət başçısına cinayət işi açılıb.

Qeyd edək ki, Ukrayna prezidentinin saytında bir neçə gün əvvəl Saakaşvilinin baş nazir olması ilə bağlı petisiya yerləşdirilmişdi. Petisiya 5 gün ərzində 25 min imza toplamaya bilmişdi.

Saakaşvili bu ilin mayında Odessanın qubernatoru təyin edilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm