Poroşenko Rusiyanın 400 vətəndaşı və 90 şirkətini “qara siyahı”ya saldı
Bizi izləyin

Dünya

Poroşenko Rusiyanın 400 vətəndaşı və 90 şirkətini “qara siyahı”ya saldı

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyaya qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Rusiyanın 400-dən çox vətəndaşı və 90 şirkəti sanksiyaların altına düşüb.

Sanksiyalar barədə qərar Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən sentyabrın 2-də təsdiq edilmişdi.

Prezidentin sözlərinə görə, sanksiyalar siyahısının genişləndiriilməsi Rusiya rəhbərliyinin hərəkətlərinə Kiyevin cavabıdır. Ukrayna hakimiyyətinin fikrincə, ölkənin şərqində yaradılan Donetsk və Luqansk “xalq respublikaları” adlı separatçı qurumlarda seçkilərin keçirilməsi ideyası Moskva tərəfindən fəal dəstəklənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm