Dövlət çevrilişi oldu, spiker xalqı üsyana çağırdı
Bizi izləyin

Dünya

Dövlət çevrilişi oldu, spiker xalqı üsyana çağırdı

Qərbi Afrika ölkəsi olan Burkina-Fasoda hərbi çevriliş olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, prezident Mişel Kafando, baş nazir İsaak Zidanı və iki naziri həbs edən prezidentin mühafizə xidməti ölkədəki siyasi təşkilatların dağıldığını açıqlayıb.

Polkovnik-leytenant Mamadou Bamba televiziya ilə çıxışında yeni Milli Demokratiya Şurasının müvəqqəti rejiminə son qoyulduğunu və müvəqqəti dövlət başçısının bütün səlahiyyətlərinin əlindən alındığını bildirib.

Fransanın RF radiosuna danışan müvəqqəti parlament sədri Çeriff Su baş verənləri “hərbi çevriliş” adlandıraraq xalqı reaksiya verməyə çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm