PKK parlament seçkilərinə başladı: “Ailənizdən bir nəfər belə...”
Bizi izləyin

Dünya

PKK parlament seçkilərinə başladı: “Ailənizdən bir nəfər belə...”

PKK terror təşkilatı Ərzurum vilayətinin Karayazı, Tekman, Hınıs və Karaçoban mahallarında xalqa təhdid xarakterli məktublar göndərib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, məktubda mahalların sakinlərindən parlament seçkilərində Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləməməsi tələb olunur.

“Ailənizdən bir səs belə AKP və ya başqa partiyaya gedərsə, hesabımız başqa cür olacaq”, - təhdiddə deyilir.

Təhdid məktublarının altında PKK terror təşkilatının silahlı qanadı hesab olunan HPG-nin möhürü vurulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm