Rusiya Donetskə də qoşun yeridəcək - TƏHDİD
Bizi izləyin

Dünya

Rusiya Donetskə də qoşun yeridəcək - TƏHDİD

Rusiya Donetskdəki həmvətənləri “müdafiə etməyə” hazırdır

“Rusiya Donetskdə hadisələrlə əlaqədar həmvətənlərini əhalini müdafiə etməyə hazırdır”. Publika.Az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir.

“13 Martda Donetskdə faciəli hadisələr baş verdi, qanı töküldü. Dinc nümayişçilərə özlərini Ukrayna hakimiyyətinin tərəfdarı adlandıran və travmatik silahlarla silahlanmış qruplaşma hücum etdi. Toqquşmalar nəticəsində böyük miqdarda yaralı var, bir insan həlak oldu”, - açıqlamada deyilir.

Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Ukraynanın yeni hakimiyyəti ölkədəki vəziyyətə nəzarət, “döyüşçüləri tərksilah”, əhalinin təhlükəsizliyini və insanların qanuni hüququ olan mitinqlərin keçirilməsini təmin edə bilmir. “Rusiya Ukraynadakı həmvətənlərin həyatları üçün öz məsuliyyətini anlayır və onların müdafiəsi hüququnu özündə saxlayır”, - Rusiya xarici siyasət idarəsinin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, dünən Donetskdə Ukraynanın ərazi bütövlüyünə dəstək olaraq mitinq keçirilib. Eyni vaxtda Rusiya tərəfdarlarının mitinqinin də keçirilməsi onlar arasında toqquşmalara gətirib çıxarıb. Qarşıdurma 1 nəfərin ölümünə, 28 nəfərin isə xəsarət almasına səbəb olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm