Kerri: “Əsəd getməlidir, amma...”
Bizi izləyin

Dünya

Kerri: “Əsəd getməlidir, amma...”

ABŞ dövlət katibi Con Kerri Londonda ingiltərəli həmkarı Filipp Hammondla görüşdə Suriya böhranı və Bəşər Əsədin taleyi ilə bağlı müzakirələr aparıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Kerri Əsədin hakimiyyətdən getməli olduğunu deyib.

Lakin dövlət katibi əlavə edib ki, bu dərhal baş verməməlidir.

Onun sözlərinə görə, Əsədin gedişi məsələsini danışıqlar yolu və bütün tərəflərin iştirakı ilə həll etmək lazımdır: “Suriyada münaqişənin bütün tərəfləri toplaşmalı və Suriya prezidentinin ən yaxşı üsulla hakimiyyətdən gedişi yollarını müzakirə etməlidirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm