Terrorçular daha bir generalı qətlə yetirdi
Bizi izləyin

Dünya

Terrorçular daha bir generalı qətlə yetirdi

Sinay yarımadasının şimalında terrorçular Misir Daxili İşlər Nazirliyinin mülki işlər üzrə idarəsinin briqada generalını güllələyiblər. Qətl əyalətin inzibati mərkəzi El-Ariş şəhərində törədilib. Bu barədə yerli mətbuat Misir Daxili İşlər Nazirliyinə istinadla xəbər verir.

Publika.az xəbər verir ki, ötən cümə axşamı mərkəzi təhlükəsizlik idarəsinin generalı da Sinay yarımadasının şimalında terrorçular tərəfindən güllələnərək qətlə yetirilmişdi.

Hərbçi və polisləri hədəfə alan radikalların toplaşdığı Sinay yarımadasının şimalında iki ildir antiterror əməliyyatları aparılır. Yaraqlıların hücumu keçmiş prezident Məhəmməd Mursinin 2013-ci ildə hakimiyyətdən uzaqlaşdırılmasından sonra dəfələrlə artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm