Rusiyada bolşevik abidələrinə qarşı kampaniya başladı
Bizi izləyin

Dünya

Rusiyada bolşevik abidələrinə qarşı kampaniya başladı

Rusiyada bolşeviklərin heykəllərini dövlət səviyyəsində qorunan abidələr siyahısından çıxarmaq təklif edilir.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, D.Lixaçov adına institutunun rəhbərliyi belə bir təkliflə çıxış edib. İnstitut rəhbərliyi hesab edir ki, bədii cəhətdən dəyəri olmayan sovet dövrünün abidələri dövlət səviyyəsində qorunmamalıdır.

İnstitutun direktoru Arseni Mironov 140 min abidənin qorunduğunu deyərək bunun abidə zənginliyi baxımından təqdirəlayiq olduğunu qeyd edib. O, digər tərəfdən bolşevik abidələrinin bədii cəhətdən qiymətsiz, eyni zamanda mübahisəli tarixə malik olduğunu da əlavə edib.

Qeyd edək ki, ötən həftə Rusiyanın şəhərlərindən birində SSRİ diktatoru İosif Stalinə yeni abidə qoyulub.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm