Əfqanıstanda gürcü əsgər həlak olub
Bizi izləyin

Dünya

Əfqanıstanda gürcü əsgər həlak olub

Əfqanıstanda 1 Gürcüstan əsgəri həlak olub.

Publika.az xəbər verir ki, əsgər sentyabrın 23-də Kabilin şimalındakı Bagram hava bazası yaxınlığında patrul xidmətinə hücum edilərkən həlak olub. Başqa bir Gürcüstan əsgərinin isə toqquşmada yaralandığı bildirilir.

Bu, bu il Əfqanıstanda həlak olan 9-cu xarici əsgərdir.Ötən il isə Əfqanıstanda 75 xarici əsgər həlak olub. NATO qüvvələrinin əksəriyyəti 2014-cü ilin sonunda Əfqanıstanı tərk edib. Ölkədə qalan 13 minlik ordu yalnız yerli qüvvələrə təlim keçməklə məşğuldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm