Obama və Putin müsəlmanları təbrik etdi
Bizi izləyin

Dünya

Obama və Putin müsəlmanları təbrik etdi

Amerika və Rusiya prezidentləri dünya müsəlmanlarını təbrik edib.

Publika.az xəbər verir ki, Amerika Prezidenti Barak Obama dünya müsəlmanlarını Qurban Bayrami münasibətilə təbrik edib . Obama hacc ibadətinin və bayramın yoxsul insanlara kömək etməyin və bərabərliyin göstəricisi olduğunu bildirib.

“Dünyanın və ABŞ-ın fərqli nöqtələrindən 2 milyondan çox müsəlmanın Məkkədəki həcc ibadətinin sonu gəldi. Mişel və mən, dünyanın hər yerində Qurban Bayramını qeyd edən müsəlmanlara ən dərin diləklərimizi çatdırırıq "- deyə o qeyd edib.

Rusiya Prezidenti isə öz təbrikində bu bayramın insanlar arasında barış və bərabərlik rəmzi olduğunu bildirib.

“ Rusiyada yaşayan müsəlmanlar ölkənin həyatında hər zaman var olacaq, millətlər və dinlərarası diologların inkişafında böyük qatqı sağlayacaqlar”, - Putin əlavə edib.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm