Populyar serialın aktyoru 280 kq narkotiklə tutuldu
Bizi izləyin

Dünya

Populyar serialın aktyoru 280 kq narkotiklə tutuldu

Məşhur “Briqada” serialının aktyoru, həm də hüquq-mühafizə orqanı əməkdaşı olan Dmitri Qumenskidən narkotik tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Aktyorun anbarında 280 kiloqram narkotik tapılıb. Araşdırma nəticəsində Qumenskinin transmilli narkoqruplaşmaların əlaqəlndiricisi olduğu ortaya çıxıb.

Onun tutulması üçün xüsusi əməliyyat keçirilib. Polis Qumenskinin təşkil etdiyi topdansatış narkotik anbarını aşkar edib. Anbardan tapılan 280 kiloqram narkotik metallik bükülüdə olub ki, bu da polis əməkdaşlarının və itlərin onları axtarışını çətinləşdirib.

Tapılan narkotikn qiyməti isə təxminən 16 milyon dollar civarındadır.

Daha əvvəl eyni dəstənin bir neçə üzvü də tutulmuşdu.

Qeyd edək ki, Qumenski kriminal istedadına görə, bir neçə bədii filmə çəkilib və “Briqada” serialında mühafizə rəisi rolunu oynayıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm