Səudiyyə İranın tələbini rədd etdi
Bizi izləyin

Dünya

Səudiyyə İranın tələbini rədd etdi

Səudiyyə Ərəbistanının Məkkə şəhərində basırıq nəticəsində 700-dən artıq insanın həyatını itirdiyi faciə, həmçinin Həcc ziyarəti zamanı baş verən digər insidentlər araşdırılmalıdır.

Bunu sentyabırn 26-da BMT-nin mənzil qərargahında keçirilən sabit inkişaf sammitində çıxışı zamanı İran prezidenti Həsən Ruhani bildirib.

"Mən çərşənbə günü Məkkədə minlərlə müsəlmanın, o cümlədən iranlıların başına gələn ürəksızladıcı insidentlə bağlı dərin təəssüfümü bildirirəm. Mən faciədə ölmüş əzizlərinə ağlayan ailələrə başsağlığı verirəm", - deyə İran prezidenti bildirib.

O, zərərçəkənlərin ehtiyaclarına lazımi diqqət yetirməyə çağırıb.

Səudiyyə Ərəbistanı isə baş vermiş hadisəni araşdırmaq İran tərəfindən yaradılan xüsusi qrupun üzvlərini ölkəyə buraxmayıb.

Qeyd edək ki, Minada izdiham zamanı ölənlərin 136 nəfəri İran vətəndaşı olub. 90 iranlı zəvvar isə yaralanıb. Xatırladaq ki, ba vermiş faciəyə iranlı zəvvarların səbəb olduğu bildirilir. Qeyd edilir ki, iranlı zəvvarlar təhlükəsizlik xidmətinin tələblərinə əməl etməyərək əks istiqamətdə hərəkət ediblər. Nəticədə basabas yaranaraqməlum hadisəyə səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm