Almaniya geri çəkilir: Merkel Əsədlə danışmaq istəyir
Bizi izləyin

Dünya

Almaniya geri çəkilir: Merkel Əsədlə danışmaq istəyir

"Suriya münaqişəsinin nizama salınması üçün “bir çox əlaqədar şəxslə” dialoq aparmaq lazımdır. O cümlədən Əsəd ilə”.

Publika.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Brüsseldə Avropa İttifaqının növbədənkənar zirvə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Almaniya hökuməti indiyədək ancaq Suriya liderinin istefaya getməsini tələb edirdi. Amma qaçqınların Avropaya və ilk növbədə Almaniyaya axını, İŞİD terrorçu qruplaşmasının mövqelərinin möhkəmlənməsi, görünür, hökumətin siyasi kursunun tədricən dəyişməsinə səbəb olub.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer artıq bu ilin əvvəllərində qəzetlərin birinə müsahibəsində bildirmişdi ki, prinsip etibarilə Suriya rəhbərliyi ilə danışıqlar imkanını istisna etmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm