Moskva qərar verdi: İŞİD-lə müharibəyə bunlar göndəriləcək
Bizi izləyin

Dünya

Moskva qərar verdi: İŞİD-lə müharibəyə bunlar göndəriləcək

Rusiya silahlı qüvvələrinin Suriyada mümkün əməliyyatlarına yalnız zabitlər və müqavilə ilə xidmət edən könüllülər cəlb ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə “İnterfaks” agentliyinə bildirib.

Başqa mənbənin sözlərinə görə, əməliyyatlara Baş qərargah, Hərbi Hava Qüvvələri və hərbi-texniki heyətin zabitləri cəlb ediləcək. O qeyd edib ki, hərbi əməliyyatlarda çağırış üzrə xidmət edən hərbi qulluqçular iştirak etməyəcək.

Qeyd edək ki, bu gün Rusiya Federasiya Şurası Suriyada Rusiya silahlı qüvvələrindən istifadə haqqında prezident Vladimir Putinin müraciətini bəyənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm