Deputatlığa namizəd həbs olundu
Bizi izləyin

Dünya

Deputatlığa namizəd həbs olundu

Türkiyənin Mersin şəhərində keçirilən anti-terror əməliyyatı zamanı kürdlərə yaxınlığı ilə tanınan Xalqların Demokratik Partiyasından (HDP) Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkilliyinə namizədi İkram Vuran saxlanılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, əməliyyat zamanı millət vəkilliyinə namizədlə yanaşı, daha 8 nəfər də tutulub.

Türkiyənin Terrorla Mübarizə İdarəsi saxlanılan şəxslər barəsində qərar çıxarıb. Onlar terror təşkilatlarına dəstək verməkdə, təxribat yaratmaqda və PKK-nın təbliğatını aparmaqda günahkar bilinir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm