Dünya
Krımlı siyasətçi: Krım araq butulkası və məscidlər arasında bölündü
Krımlı siyasətçi Ayder Muydaba Krımda dünən keçirilən referendumun
canlı mənzərəsini təsvir edib.
Publika.Az -a xəbər verir ki, krımlı siyasətçi sosial şəbəkələrdə bu barədə yazır: “Saat 14:00-da yaşadığım beşmərtəbəli binadan çıxıram, qonşular mənə şübhə ilə baxır. Onların gözündə etibarsızlıq görürəm. 4 nömrəli məktəbin yanından keçirəm, bura seçki məntəqəsidir. Küçədə rus musiqisi səslənir. Məntəqənin girişində təxminən 5 insan var, spesifik “şişmiş üzlər” seçilir. Açıq görünür ki, bu gün referenduma hazırlaşmayıblar. Amma birdən polis bölməsindən əllərində səyyar səsvermə qutusu olan seçki komissiyasının üzvləri ilə bir polis çıxır. Və möcüzədir bu. Bizim kazak qadınlarımız. Dünənə qədər onlar özünümüdafiə üçün mübarizə aparırdılar. Bu günsə seçki komissiyasının üzvləridir.
Sonra bazara gedirəm. Baxmayaraq ki, bazar günüdür, amma bura
həmişə camaatla dolu olardı. Bu gün isə sanki şəhər ölüb. Yalnız
yoldan keçən bir neçə maşın gözə dəyir. Bankomatlar işləmir, nağd
pul yoxdur.
“Məktəb-gimnaziyanın” yanından keçirəm. Bura da həmçinin seçki
məntəqəsidir, yenə girişdə spesifik üzlər, eyni musiqi.
Pivə verilən yeməkxananın yanından keçirəm. Doğrudanmı səhv etdim, şəhər ölmədi? Burda bir neçə kişi və qadın qrupları gözə dəyir, əgər onları qadın adlandırmaq olarsa. Burda camaat sevinir.
Dairəni tamamlayıb məktəbin idman meydançasının yanından keçirəm. Bardyorun üzərində oturmuş iki nəfər butulka ilə araq və pivə içir. Deməli, bayram elə bu tip insanlarındır.
Evə gəlirəm, televizoru açıram. Krım kanalı insanları
referenduma çağırır. Kanalı dəyişdirirəm. Baxçasarayın Krım
tatarlarının kompakt yaşadığı 6 mikrorayonunu göstərirlər.
Mikrorayon qadınları referenduma getməyiblər. Əvəzində məscidə
gedib Ukraynanın bütövlüyü üçün Allaha dua edirlər. Mənim üçün
referendumun nəticəsi budur: Şəhər bölünmüşdü. Bir qrup araq
butulkasında, digər qrup məscidlərdə. Ölü bir gülüş var. Uşaqların
gülüşü eşidilmir, öpüşən gənc cütlüklər, uşaqları ilə gəzən analar
gözə dəymir”.
Asif
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi