Qafqaz gəncləri Suriyada Rusiyaya qarşı: İŞİD bölgəyə hakim olur
Bizi izləyin

Dünya

Qafqaz gəncləri Suriyada Rusiyaya qarşı: İŞİD bölgəyə hakim olur

“Rusiyada Suriyada prezident Bəşər əl-Əsədə dəstək üçün hərbi kampaniyaya başlayandan bəri Şimali Qafqaz müsəlmanları arasında antirusiya duyğuları güclənib. İndi regiondan çıxanlar təkcə müqəddəs Şam torpağında şəriət qanunlarının bərqərar edilməsi üçün cihada qoşulmaqla kifayətlənmirlər”.

Publika.az xəbər verir ki, bu barədə BBC-nin araşdırmasında deyilir.

Məqalədə bildirilir ki, ötən həftə üsyançıların çeçenlər, özbəklər və taciklərdən ibarət 1500 nəfərlik böyük qruplaşma Suriyada əl-Qaidənin qolu sayılan Nüsra Cəbhəsinə qoşulub.

“Cəbhət ən-Nüsrə” və ya Nüsrə Cəbhəsi də İŞİD kimi Rusiyada qadağandır. Lakin Əsəd rejiminə qarşı İŞİD-dən başqa, Nüsrə Cəbhəsi də döyüşür. Sonradan alınan məlumatlara görə, sözügedən qrupun adı “Ceyş əl-Mühacirun vəl-Ənsardır” (CMƏ). CMƏ-nin internet resurslarında bildirilir ki, bu təşkilata 750 döyüşçü daxildir. Onların 500-600-ü ərəblərdir. Ərəblərin yalnız 50 nəfəri Ərəb yarımadasından gələnlərdir. Bu dəstədə 100-150 rusdilli mühacir də var. Bunlar əsasən avarlar, kumıklar, çeçenlər, inquşlar və kabardinlərdir. Bundan əvvəl Nüsrə Cəbhəsinə Şimali Qafqazdan olan cihadçıların rəhbərlik etdikləri başqa qruplaşmalar da qoşulub. Onların sayının təxminən 1500 nəfər olduğu bildirilir. Belə çıxır ki, Şimali Qafqazdan olan döyüşçülərin birləşmələri Suriya münaqişəsində iştirak edən başqa qruplaşmalardan asılı olmayaraq, İslam Dövlətinin əsas opponenti olan Nüsra Cəbhəsinə keçirlər. Onu da qeyd edək ki, son altı ayda Şimali Qafqazdan olanların İslam Dövləti təşkilatına keçdiyi bircə hal da qeydə alınmayıb”, - deyə məqalədə qeyd olunur.

Lakin İstanbuldakı Mərmərə Universitetinin Yaxın Şərq və müsəlman ölkələri üzrə doktorantı Rinat Muxammetov deyir ki, İD-in zəifləməsindən və Nüsrə Cəbhəsinin güclənməsindən danışmaq hələ tezdir: “Suriyadakı vəziyyət daim dəyişir. Suriyanın ayrı-ayrı yaşayış məntəlqələrində hakimiyyətlər bir-birini əvəz edir. Belə bir şəraitdə bir sıra neytral qrupların nəhayət qərar qəbul edib Nüsrə Cəbhəsinə qoşulmasından çıxış edərək ciddi nəticələr çıxarmaq olmaz. Çünki bütün bunlar hər an yenidən dəyişə və İŞİD-in güclənməsinə səbəb ola bilər və ya əksinə. Bütün vətandaş müharibələrində belə olur”.

R. Muxammetov qeyd edir ki, Rusiyanın xüsusi xidmətləri radikal gənclərin ölkəni tərk etməsində bundan sonra da maraqlı olacaqlar. “Burda sadə bir məntiq var: nə qədər çox radikal vətəndaş Suriyaya getsə, Rusiyanın problemi bir o qədər az olacaq”.

Adının çəkilməsini istəməyən bir təhlilçi BBC-yə İŞİD-in Şimali Qafqazda güclənməsinin başlıca faktorunun Rusiya xüsusi xidmətləri olduğunu bildirib.

“Şimali Qafqazda gizli radikallar arasında ixtilaf baş verəndə, İmarat parçalanmış qruplaşmaları bir araya gətirməklə güclənməyə çalışırdı. Məhz elə bu vaxt Rusiya xüsusi xidmətləri, ilk növbədə əllərindən gələni etdilər ki, bu baş verməsin. İkincisi isə “İmarat Qafqaz” layihəsinin özünü ləğv edərək İD-nin Qafqazdakı elçiləri üçün maneəni aradan qaldırdılar” – adının açıqlanamasını istəməyən şərhçi deyib.

Onun fikrincə, “İmarat Qafqaz”ın strukturunun zəifləməsində və dağılmasında təşkilatın özündə avtoritetlərin olmaması da rol oynayıb.

Mənbə hesab edir ki, “İmarat”ın böhranı xaricdəki dəstələrdə başlanıb. Onlar sadəcə olaraq fəaliyyətlərini kiminlə koordinasiya edəcəklərini bilmirdilər. Sözü gedən təhliçinin fikrincə, Şimali Qafqazda İD də nüfuz qazana bilməyib. Çünki Rustam Aselderov İD lideri kimi lazımi xarizmaya malik deyil. Qafqazda “Vilayət Qafqaz” elan ediləndən bəri Aselderov bircə təxribat da törədə bilməyib.

Lakin Umar adlı başqa bir həmsöhbət iddia edir ki, Qafqazda İŞİD ideologiyası çox güclüdür: “Bu islami gənclik nüfuzlu alimləri ona görə tanımaq istəmir ki, özü intellektual baxımdan çox yüksəkdədir. Əksinə problem belə nüfuzlu üləmaların olmamasındadır. Belə gənclərin sayı ümumən müsəlmanların arasında azalmaqdadır, lakin onlar radikallaşmış şəxslərin arasında çoxluq təşkil edirlər. Qafqazda İŞİD populyarlığının kəllə-çarxı artıq geridə qalıb, lakin gənclərin axını davam edir. Çünki Rusiyanın xüsusi xidmətləri İslam ideologiyalarını başa düşmək zəhmətinə qatlanmayıblar. Həm də bu gənclər artıq öz vətənlərində yüksək mövqelər tutmaq ümidini itiriblər”.

BBC yazır ki, hələlik “ürəklərin fəthi” (və onların sayı) uğrunda döyüşdə Rusiya xüsusi xidmətləri ilə İD səfərbərçilərinin maraqları üst-üstə düşür.

Birincilər Simali Qafqazın regionlarında “qeyri-ənənəvi” sayılan müsəlman təriqətlərinin üstünə düşüblər.

İkincilər isə belə təmənnasız yardımdan faydalanaraq “istismar zəncirlərini qıracaq” xilafətin quruculuğuna qoşulmaq zərurətini gənclərə izah etmək üçün artıq zəhmətə düşmürlər.

Əvvəllər qırmızı xətti keçmək istəməyənlər Suriyaya getməkdən ona görə çəkinirdilər ki, Qafqazda da əleyhinə vuruşacaq qüvvələr vardı. İndi isə Rusiyanın Suriyaya müdaxiləsi xilafət quruculuğu arzuları ilə intiqam təşnəsinin söndürülməsini birləşdirən amil olub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm