Ərdoğan evindən çıxan pullardan danışdı - İlk dəfə
Bizi izləyin

Dünya

Ərdoğan evindən çıxan pullardan danışdı - İlk dəfə

Ərdoğan evində olduğu iddia edilən pullardan ilk dəfə danışdı

Türkiyə baş nazir Rəcəb Təyyib Ərdoğan 17 dekabr əməliyyatından sonra evində olduğu iddia edilən pullarla əlaqədar ilk dəfə danışıb.

Publika.Az – ın verdiyi xəbərə görə, “Kanal 7”nin qonağı olan baş nazir “bir otağının içərisinə sığmayacaq qədər pulu necə və nə ilə aparırsan” deyib.

“Bunlara əhəmiyyət vermirəm, rahatam” söyləyən Ərdoğan iddiaların ağla və məntiqə sığmadığını dilə gətirib. “Mən xalqım, millətim üçün kəfəni geyinərək yola çıxan bir insanam. Sənin Pensilvaniyadan ölkəni qarışdırmağına icazə verə bilmərik”, - deyə Fəthullah Gülənə sərt reaksiya verib.

Qeyd edək ki, fevralın 25-nə keçən gecə internetdə Türkiyənin baş naziri ilə oğlu Bilal Ərdoğan arasında olduğu bildirilən telefon danışıqlarının audioyazısı yayılmışdı. Gizli audioyazı Türkiyədə şok effekti yaradıb. Telefon danışığının 2013-cü il dekabrın 17-də, Türkiyədə antikorrupsiya əməliyyatının başladığı gün gerçəkləşdiyi iddia olunur.

Audioyazıda R.T.Ərdoğan oğlu Bilaldan əlindəki külli miqdarda nağd pulu dərhal evdən çıxarmasını və bəzi iş adamlarına göndərməsini tələb edir. Söhbət 1 milyard ABŞ dollarından gedir. Telefon danışıqları dekabrın 17-də saat 08.02, saat 11.17, saat 15.39, saat 23.15 və son olaraq 18 dekabr səhər saat 10.58-də gerçəkləşib. Son telefon danışığında Bilal Ərdoğan atasına evdə 30 milyon avro qaldığını və bu pulun da başqa yerə daşınacağını söyləyib.

Bəzi mənbələr pullar Bilal Ərdoğanın evindən daşınarkən çəkilən görüntülərin mövcud olduğunu və bu görüntülərin də yayılacağını qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm