Davudoğluna bir il həbs cəzası verilməsi tələb olundu
Bizi izləyin

Dünya

Davudoğluna bir il həbs cəzası verilməsi tələb olundu

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) baş nazir Əhməd Davudoğluna 6 aydan bir ilədək həbs cəzası verilməsini tələb edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb Ədalət və İnkişaf Partiyasının (AKP) sədri və baş nazir Əhməd Davudoğlunun xaricdə yaşayan 3 milyon Türkiyə vətəndaşına 1 noyabr seçkiləri ilə bağlı məktub yazması olub.

Baş nazir məktubunda Türkiyə vətəndaşlarına hökumətin fəaliyyəti və bundan sonrakı planları barədə məlumat verib. Davudoğlu Avropadakı türklərin problemlərinə həll yolları tapmaq üçün də səy göstərəcəyini qeyd edib. Davudoğlunun məktubundan sonra MHP Mərkəzi Seçki Komissiyasına müraciət edərək məktubların toplanılmasını və məktub yazdığı üçün Davutoğluya 6 aydan 1 ilə qədər həbs cəzası verilməsini tələb edib.

MHP-nin müraciətini şərh edən AKP-nin Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Şərəf Malkoç müraciətin ağıl, məntiq, siyasət və hüquqla zərrə qədər əlaqəsinin olmadığını deyib.

Mərkəzi Seçki Komissiyası isə MHP-nin müraciətinin 298 saylı qanuna zidd olduğunu açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm