Krımda Qaspralının doğum günü qeyd olunub
Bizi izləyin

Dünya

Krımda Qaspralının doğum günü qeyd olunub

Krım tatarları və türk dünyasının böyük mütəfəkkiri İsmayıl Bəy Qaspralının Simferpol şəhərində anadan olmasının 163 -cü ildönümü

Krım tatarları və türk dünyasının böyük mütəfəkkiri İsmayıl Bəy Qaspralının Simferpol şəhərində anadan olmasının 163 -cü ildönümü qeyd olunub. Krım Azərbaycanlıları Diaspor təşkilatının rəhbəri Rəhim Hümbətovun Aktual.az-a verdiyi məlumata görə, tədbirdə yerli əhali ilə birgə müxtəlif ölkələrdən qonaqlar iştirak edib.

Qeyd edək ki, qonaqlar mərasimə Qaspralının abidəsi önünə əklil qoymaqla başlayıblar. Sonra onlar məşhur “Tərcüman” qəzetinin təsisçisi Qaspralı haqqında öz fikirlərini səsləndiriblər, ehtiramlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm