ABŞ:2015-ci ilin sonlarından Avropaya qaz ixracına başlaya bilərik
Bizi izləyin

Dünya

ABŞ:2015-ci ilin sonlarından Avropaya qaz ixracına başlaya bilərik

ABŞ hələ Avropaya qaz ixrac etməyə hazır deyil. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib.

"Bizim üçün Ukrayna və Avropadakı tərəfdaşlarımızı dəstəkləmək vacibdir. Bu mərhələdə biz təbii qaz ixrac etmək üçün obyektlərə sahib deyilik".

Onun sözlərinə görə, qaz ixracı 2015-cilin sonundan tez başlaya bilməz.

Qeyd edək ki, Avropa Birliyi ölkələri Avropa Komissiyasına bu qitənin Rusiya qazından asıllığını azaltmaq üçün iyun ayına kimi plan hazırlamaq tapşırmışdılar.

Rusiya AB qazının böyük qismini təmin edən əsas ölkədir. Ötən il qaz ixracı 2012-ci illə müqayisədə 23,9 faiz artıb və 139,32 milyard kubmetr olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm