• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ukraynadan 100 min erməni qovulacaq? - İlk addım

  • Dünya
  • 23 Mart 2014 08:34
  • 1 462 Baxış
Ukraynadan  100 min erməni qovulacaq?  -  İlk addım

İrəvan: Moskva ilə Kiyev arasında

serj_sarkisyan

Xəbər verdiyimiz kimi Ermənistan prezidenti çərşənbə axşamı Ukrayna ilə Rusiya arasında Krım münaqişəsində Moskvanın tərəfini tutduğunu bəyan edib, cümə günü isə erməni və Ukrayna xalqlarının “əsrlərdən bəri qardaşlığına dəlalət edən minlərlə fakt” olduğunu xatırladıb.

Sarkisyanı erməni və Ukrayna xalqlarının qardaşlığını xatırlamağa onun birinci bəyanatından sonra qardaş Ukrayna paytaxtından gələn soraqlar sövq edib.

Publika.Az BBC-yə istinadən xəbər verir ki, Sarkisyan öz təşəbbüsü ilə Vladimir Putinlə telefon söhbəti zamanı Krımın Ukraynadan ayrılıb Rusiyaya qatılması üzrə referendumun “xalqın azad iradə israr etmək yolu ilə öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsinin növbəti nümunəsi” olduğunu bildirmişdi.

Kiyev İrəvandan izahat tələb edir

danilo_lubkivski

Ukrayna xarici işlər nazirinin müavini Danilo Lubkivski bəyan edib ki, Ermənistanın “Krımın ilhaqını tanıması” Ukrayna-Ermənistan ikitərəfli münasibətlərə mənfi təsir edəcək. Onun sözlərinə görə, son iki gün ərzində Ermənistanın Ukraynadakı səfiri iki dəfə Ukrayna XİN-nə çağırılıb. Kiyev İrəvana nota təqdim edib.

“Biz Ermənistana müraciət etmişik ki, Krımın ilhaqını tanımadığına dair rəsmən və açıq məlumat versin, biz cavab gözləyirik. Qeyri-səmimi kimi şərh ediləcək açıqlama və ya hərəkətlər təqdirində, bunların ikitərəfli münasibətlərə mənfi təsiri olacaq”, - Lubkivskini RBK-Ukrayna iqtibas edir.

Diplomat mənfi münasibətlərin hansı sahələri əhatə edəcəyini dəqiqləşdirməyib, deyib ki, söhbət Ukrayna tərəfindən tətbiq ediləcək geniş tədbirlər spektrindən gedir. Ermənistan XİN-i bu bəyanata münasibət bildirməyib. Nazirliyin mətbuat katibi Tiqran Balayan deyib ki, erməni tərəfi Ukraynanın notası alındıqdan sonra öz cavabını hazırlayacaq.

Ukraynalı rejissor Sarkisyanın mükafatından imtina edib

yelena_fetisova

Yelena Fetisova "Paracanov" filminə görə Ermənistan Dövlət Mükafatını Serj Sarkisyanın əlindən almaqdan imtina edib (şəkil - ru.golos.ua saytından)

Ukraynalı rejissor Yelena Fetisova Ermənistan Dövlət Mükafatından imtina edib və prezident sarayında təltif etmə mərasimində Serj Sarkisyanın əlindən mükafat almaq üçün İrəvana getməyib.

Yelena Fetisova tanınmış erməni mənşəli, yaradıcılığı Ukrayna, Gürcüstan və Ermənistanla bağlı rejissor Sergey Paracanov haqqında filmin prodüseri və rejissorudur. Fetisovanın bu günlər ekranlara çıxan “Paracanov” filmi Ermənistan Dövlət Mükafatına layiq görülüb.

O, Serj Sarkisyana ünvanlanan rus və ingilis dillərində açıq məktubunda öz qərarını Ermənistan prezidentinin Krım referendumunu “xalqın azad iradə israr etmək yolu ilə öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsinin növbəti nümunəsi” kimi qiymətləndirməsi ilə izah edib.

“Mənim, bir Ukrayna vətəndaşı kimi, nöqtey-nəzərimdən, bu [referendum] beynəlxalq hüquq normalarının və Avropa dəyərlərinin pozulmasıdır, eləcə də dünyada sülhə, Ukrayna vətəndaşlarının və bəşəriyyətin rahatlığına təhdid edir. Buna görə mən rəsmən bəyan edirəm ki, martın 21-də Yerevanda filmin yaradıcılarının təltif olunması tədbirdə iştirak etməyi özüm üçün mümkün bilmirəm. Mənə çatan pul mükafatı isə erməni valideynsiz uşaqların ehtiyacına verməyi xahiş edirəm. Əminəm ki, Sergey Paracanov da belə edərdi”.

“Ukraynalılar bizim qardaşlarımızdır”

Mədəniyyət sahəsində dövlət mükafatlarının təqdimat mərasimi zamanı Ermənistan prezidenti Yelena Fetisovanın “Ermənistana gəlməməsinin çox hörmətcil məktubunu” aldığını bildirib, onun mükafatının həmkarları vasitəsilə çatdırılacağını və pul hissəsinin prezident fondundan ikiqat artırılıb “xeyriyyə tədbirlərinə” yönəldiləcəyini ediləcəyini bildirib.

“Mən xanım Fetisovanın motivlərini anlayıram, mən hörmətli xanım Fetisovaya və Ukrayna xalqına müraciət edərək, demək istəyirəm ki, bizim xalqlar qardaş xalqlardır, və bu qardaşlıq və dostluq haqqında minlərlə şəhadət vardır - Lvovdakı orta əsrlər məbədlərindən tutmuş bu gün Ermənistanda fəaliyyət göstərən Ukrayna icmasının fəal mövqeyi”, - Sarkisyan deyib.Sarkisyan ermənilərlə ukraynalıların “əsrlər boyu çiyin-çiyinə istilaçılara qarşı” mübarizə etdiyinı bildirib, və “həmişə belə olacaq”, deyib.

“Zamanın və hadisələrin hərc-mərcliyində müxtəlif olaylar müxtəlif cür qavranılır... Lakin zaman dolandıqca hər şey aydınlaşır, fərqli qavrayış heç olur və hər şey öz qaydasına düşür. Bir daha deyirəm: ukraynalılar bizim qardaşlarımızdır...”, - Ermənistan prezidenti bəyan edib.

Publika.Az xəbər verir ki, Ukraynada 100 minə yaxın üzvü olan erməni icması məskunlaşıb. Sərkisyanın tələm-tələsik bəyanat verib vəziyyəti düzəltməyə çalışması və bəyanatda Ermənistandakı 5-10 nəfər ukraynalını xüsusi icma kimi təqdim etməsi də təsadüfi deyil. Belə ki, sosial şəbəklərdə ukraynalı millətçilərin erməniləri qovmaq haqda çağırışları geniş yayılıb.

İsmayıl

Xəbər lenti

DAHA ÇOX XƏBƏR