Venesuelada kütləvi etirazlar - 37 ölü
Bizi izləyin

Dünya

Venesuelada kütləvi etirazlar - 37 ölü

Venesuelada kütləvi iğtişaşlar və etirazlar nəticəsində ölənlərin sayı 2 nəfərdən 37 - yə çatıb.

Venesuelada kütləvi iğtişaşlar və etirazlar nəticəsində ölənlərin sayı 2 nəfərdən 37 - yə çatıb. Ölənlərin 29 nəfəri adi vətəndaş, 8 nəfəri isə güc strukturlarının əməkdaşlarıdır.

Venesuelada hakimiyyətin siyasətinə qarşı etirazlar fevralın ortalarından başlayıb və müxalifətin iğtişaşlar törətməsinə və küçələrdə barrikadalar qurmasına qədər gəlib çatıb.

Orteqa Diasın sözlərinə görə indiyə qədər 168 nəfər saxlanılıb. Paytaxt vilayəti Karakasda, Suliya, Araqua, Truxilo, Taçira,və Miranda ştatlarında tutulanların arasında ölüm cinayətində ittiham olunanlar var. Belə cinayətlərdə şübhəli bilinənlərdən 17 nəfəri hüquq - mühafizə orqanlarının əməkdaşı və 3 nəfər hərbiçi də var. /Aznews/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm