Azərbaycanlıları separatçı adlandıran vali haqda şok təfərrüatlar
Bizi izləyin

Dünya

Azərbaycanlıları separatçı adlandıran vali haqda şok təfərrüatlar

Azərbaycanlıları separatçı adlandıran türk valisi haqda şok təfərrüatla

Türkiyədə hakim AKP –nin “Paralel quruluş” adlandırdığı təşkilatın polisdəki baş əlaəqləndiricisi olduğu iddia edilən Əhməd Pekin İqdır valisi olduğu dövrdə cəfərilər(azərbaycanlı şilər) haqqında hazırlatdırdığı hesabatda yer alan “bölücülüklə məşğul olur, diqqətlə izlənilməlidir” ifadələri şəhəri ayağa qaldırmışdı. Hesabatda “terrorist olmaqla” ittiham olunduğu bildirilən cəfərilər təxminən 2 həftə aksiya keçirmiş, valilik və müftilik binasına hücum etmək istəmişdi.

Publika.Az xəbər verir ki, Türkiyənin “Sabah” qəzetinin əldə etdiyi kəşfiyyat hesabatına görə, Əhməd Pek İqdır müftiliyinə hazırlatdırdığı hesabatda İqdırdakı 226 məsciddən 80-nin azərbaycanlılara aid olduğu qeyd edilmişdi.

Hesabatda daha sonra qeyd olunurdu ki, İran, Naxçıvan və Ermənistana qonşu olan İqdırda xarici məzhəb mühafizəkarlığının ixracına başlandığı yeni açılan dərnəklərlə özünü göstərir.

Hesabat vali Əhməd Pek imzası ilə 13 Oktyabr 2013-cü ildə Daxili İşlər Nazirliyinə bağlı olan Təhlükəsizlik Baş İdarəsinə göndərilib. Hesabatın üzə çıxması ilə şəhərdə sanki üsyan başladı. Vali və müftini istefaya çağıran insanlar valilik və müftilik binası qarşısına qara çələnglər qoydular.

İqdır Əhli Beyt Alimləri Dərnəyinin sədri Vəli Beder cəfəri məzhəbindən olan azərbaycanlıların hesabatda “terrorçu” kimi göstərildiyini bildirərək “Türkiyə vətəndaşları olan bizlər heç bir zaman vətən və millətimizə xəyanət etmədik və etməyəcəyik. Böhtan dolu və gerçəkdən kənar hesabatla bağlı prokurorluğu araşdırmalara çağırırıq” söylədi.

Bu hesabatdan sonra müfti, müftilik binası və onun evi polis tərəfindən mühafizə altına alındı. Vali Pek isə 16 Fevralda paytaxta çağırıldı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm