Femen qızlar Ərdoğanın məntəqəsində soyundu - FOTOLAR
Bizi izləyin

Dünya

Femen qızlar Ərdoğanın məntəqəsində soyundu - FOTOLAR

Bütün dünyada məşhur olan Ukrayna Femen Hərəkatından olan, qızlar Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan'ın ötən illərdə olan seçkilərdə səs verdiyi məntəqələrdən birində soyunub.

Bütün dünyada məşhur olan Ukrayna Femen Hərəkatından olan, qızlar Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan'ın ötən illərdə olan seçkilərdə səs verdiyi məntəqələrdən birində soyunub.

Baş nazirin əvvəlki illərdə səs verdiyi məntəqə olan “Burhaniyyə ibtidai tədris məktəbi” Femençi qızların çılpaq etirazına şahid olub. Bədənlərinə “BAN ƏRDOĞAN” yazan femençi qızlar, aksiyaya başlayan kimi məntəqə yaxınlığındakı polislər tərəfindən həbs edilib.

Qadınları koridora çıxardan polislər onları sürükləyərək başqa bir salona aparıblar. Elə bu vaxt səs vermək üçün məntəqəyə gələnlər gözlərinə inanmayıblar. Təxminən 1 dəqiqə çəkən etiraz zamanı məntəqədə olan vətəndaşlar foto çəkən jurnalist və fotoqraflara da etiraz ediblər.

Çölə çıxarılan qadınlara bir qrup insan hücum etmək istəsə də, polislər tərəfindən bunun qarşısı alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm