Dünya
Mustafa Sarıgüldən seçki saxtakarlığı ilə bağlı xəbərdarlıq
Türkiyədə bələdiyyə seçkilərinin bülletenlərinin bu dəqiqələrdə olan məlumatına əsasən, təxminən 41,66% sayılıb.
AKP səs faizləri ilə hal-hazırkı nəticələrdə rəqiblərindən
üstündür.
Bu dəqiqələrə kimi olan nəticələri təqdim edirik:
AKP 47,28%
CHP 27,43%
MHP 13,57%
BDP 3%
Digərləri 8,72%
Nəticələrin hesablanmasında hiylənin ola biləcəyini düşünən bir
sıra namizədlər var ki, onlardan biri də CHP-nin İstanbuldan
namizdədi Mustafa Sarıgüldür. Belə ki, Mustafa Sarıgül seçki
nəticələrilə əlaqdar fırıldaq edildiyini bildirib.
"Əziz gənclər, nəticələr dəqiqləşənə qədər qəti şəkidə sandıqların
yanından ayrılmayaq. Fırıldaq nəticələrə etibar etməyək" - deyə o,
"Twitter" hesabından mesaj yazıb.
CHP sədrini müavini Umut Oran isə "Twitter"-də yazdığı mesajda
CHP-nin seçicilərinə Anadolu Agentliyinin xəbərlərinə etibar
etməməyi, əhvallarını pozmamağı məsləhət görərək deyib:
"Ankarada öndəyik, İstanbulda başa-baş gedirik".
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi