Gülənçilərə qarşı sərt tədbirlər başlayacaq - İddia
Bizi izləyin

Dünya

Gülənçilərə qarşı sərt tədbirlər başlayacaq - İddia

“Gülənçilərə qarşı sərt tədbirlər yoldadır” - İddia

Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri dünya mətbuatının da diqqət mərkəzindədir.Publika.Az – ın verdiyi xəbərə görə, Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzeti “Ərdoğan seçkilərdə qələbəsini elan etdi” başlıqlı yazıda seçkilərin nəticələrini şərh edib.

Qəzetin İstanbuldakı müxbiri Daniel Dombeyin fikrincə, baş nazir Rəcəb Təyyib Ərdoğanın qələbə münasibətilə etdiyi çıxış Fəthulla Gülən camaatına qarşı tezliklə sərt tədbirlərin görüləcəyi təəssüratı yaradır. “Financial Times” əməkdaşının diqqət çəkdiyi bir başqa məqam isə baş nazirin prezidentliyə namizəd olmağa hazır olması mesajı verməsidir.

“Financial Times”ə görə, Ərdoğan Gülən camaatına qarşı yaxın vaxtlarda hərəkətə keçəcəyi barədə siqnalı bu sözlərlə verib:

“Qaçanlar qaçdı. Bəziləri də sabah qaça bilər. Bütün bunların əvəzini ödəyəcəklər”.“Financial Times”ə danışan ABŞ-ın keçmiş Türkiyə səfiri Ross Uilson bələdiyyə seçkilərinin bir dönüş nöqtəsi ola biləcəyini söyləyib. O, eyni zamanda qeyri-müəyyənliyin davam etdiyini, bu baxımdan parlament seçkilərinin daha əhəmiyyətli olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm