Ruslar Krımda 4 azərbaycanlını əsir saxlayır
Bizi izləyin

Dünya

Ruslar Krımda 4 azərbaycanlını əsir saxlayır

Ruslar Krımda 4 azərbaycanlını əsir saxlayır

“Krım həbsxanalarında 4 azərbaycanlı məhbus var”.Bu barədə “Axar.az”a etibarlı mənbələrdən məlumat verilib.

Mənbə mətbuatda yazıldığı kimi Krım həbsxanalarında 3000 nəfərin olduğunu təsdiqləyib: “Krım həbsxanalarında Ukraynanın müxtəlif vilayətlərindən 3000 nəfər məhbus var. Onları hazırda Rusiyaya köçürmək istəyirlər. Aralarında 4 azərbaycanlı da var. Amma onların taleyinin necə olacağı bəlli deyil. Bu dəqiqə həmin şəxslərlə bağlı iş görülür. Amma hələlik heç bir rəsmi məlumat verilmir”.

Qeyd edək ki, bir az öncə “Müsavat.com” Ukrayna mətbuatına istinadən Dövlət Penitensiar Xidmətinin Krımdakı 3000 məhbusu Kiyevdəki cəzaçəkmə müəssisələrinə köçürmək haqqında qərar aldığını bildirmişdi. Xəbərdə bəzi məhbusların Sibirə göndərilmə ehtimalının olduğu qeyd edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm